DÇ: Fransa - Azərbaycan matçını norveçli hakimlər idarə edəcəklər

DÇ: Fransa - Azərbaycan matçını norveçli hakimlər idarə edəcəklər

Oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa - Azərbaycan qarşılaşmasını idarə edəcək hakimlər açıqlanıb.

"Mediasport" xəbər verir ki, görüşü Norveçdən olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Rohit Saqqiyə yan xətdə Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcək. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.

VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.

Parisdəki "Park de Prens" stadionunda baş tutacaq matç Bakı vaxtilə saat 22:45-də başlanacaq.