Azərbaycan milli komandasının heyətində dəyişiklik edildi

Azərbaycan milli komandasının heyətində dəyişiklik edildi

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"Mediasport" xəbər verir ki, “Qarabağ”ın futbolçusu Əli Bəşirov zədə səbəbindən heyətdən çıxarılıb.

Onun əvəzinə komandaya “Qəbələ”nin oyunçusu Ariz Kərimov cəlb olunub.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.