Dünya çempionatı: Millimizin iki üzvü bu gün finalda güləşəcək
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, sərbəst güləşçilərin mübarizəsində Azərbaycanın iki təmsilçisi finala yüksəlib.
70 kq çəki dərəcəsində yarışan Kənan Heybətov kanadalı Koul Koqhil (10:0), belçikalı Muhammad Abdurahmanov (10:0), ermənistanlı Davit Marqaryan (tuş) və amerikalı Piter Dükə (14:4) tam üstünlüklə qalib gələrək həlledici duelə vəsiqə qazanıb.
Kənan bu gün finalda iranlı Sina Xəlili ilə qarşılaşacaq.
125 kq çəki dərəcəsində təmsilçimiz Xetaq Karsanov belaruslu Pavel Cyatlav (12:2), misirli Abdelrahman Şeyatan (11:0), türkiyəli Hakan Büyükçınqıl (7:5) və amerikalı Daniel Herreraya (12:2) şans verməyərək finalda iranlı Abolfazl Necadla güləşmək imkanı əldə edib.
