Qadın güləşçimiz ilk dəfə reytinq turnirində medal qazandı
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.
"Mediasport" xəbər verir ki, 3-cü yarış günündə Azərbaycanın 3 idmançısı xalça üzərinə çıxıb.
Qadınların mübarizəsində təmsilçimiz Birgül Soltanova (65 kq) startda rumıniyalı Mariya Pantiruya (13:5) qalib gəlsə də, 1/4 finalda amerikalı Riis Larramendiyə (4:6) uduzub.
Lakin Soltanova medal görüşündə kanadalı Miki Roubottomu "tuş"la məğlub edərək bürünc mükafatçı olub.
Bununla da güləşçimiz karyerasında ilk dəfə reytinq turnirində medal qazanıb.
Nigar Mirzəzadə (68 kq) isə startda türkiyəli Nesrin Başa məğlub olub - 0:10.
Yunan-Roma güləşində mübarizəyə qoşulan Məhəmməd Şükürzadənin (67 kq) debütü uğursuz alınıb. O, 1/8 finalda xorvatiyalı Dominik Etlingerlə bacarmayıb – 0:9.


