Zabrat qəsəbəsində yunan-Roma güləşi zalının açılışı keçirildi

 Zabrat qəsəbəsində yunan-Roma güləşi zalının açılışı keçirildi

Zabrat qəsəbəsində yunan-Roma güləşi zalı fəaliyyətə başlayıb.

"Mediasport" xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev və digər şəxslər iştirak ediblər.

Daha sonra zalla tanışlıq olub.

Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə istifadəyə verilən zalın rəhbəri, tanınmış güləşçi Taleh Məmmədov burada yaradılmış şərait barədə məlumat verib.

Ardınca yeniyetmə və azyaşlı güləşçilərin məşq prosesi nümayiş etdirilib.