İslamiadanın güləş yarışında ilk qızıl medalımızı Arseniy əldə etdi

İslamiadanın güləş yarışında ilk qızıl medalımızı Arseniy əldə etdi

Azərbaycan yığmasının sərbəst güləşçisi Arseniy Djioyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

"Mediasport" xəbər verir ki, 86 kq çəki dərəcəsində yarışan idmançımız finalda Xıdır Saypudinovu məğlub edib.

Bəhreyni təmsil edən güləşçiyə 5:1 hesabı ilə qalib gələn Djioyev güləş komandamıza yarışda ilk qızıl medalı qazandırıb.