İspaniya dünya çempionu oldu!
Tarixdə ilk dəfə üç ölkədə (ABŞ, Meksika, Kanada) 48 milli komandanın iştirakı ilə keçirilən futbol üzrə dünya çempionatı yekunlaşıb.
"Mediasport" xəbər verir ki, 23-cü Dünya Kubokunun finalında yarışın son qalibi Argentina yığması ilə son Avropa çempionu İspaniya millisi qarşılaşıb.
120 dəqiqə davam edən duel ispanların qələbəsi ilə yekunlaşıb.
Luis De La Fuentanın komandası tarixində ikinci dəfə çempion adını qazanıb.
Xatırladaq ki, turnirdə üçüncü yeri Fransa millisinə 6:4 hesabı ilə qalib gələn İngiltərə kollektivi tutub.
Dünya Kuboku-2026. Final
İspaniya - Argentina 0:0 (əlavə vaxt - 1:0)
Qol: Ferran Torres, 106.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Nyu-York, "Metlayf" stadionu


