1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi - Dünya çempionatı

ABŞ-nin ev sahibliyi etdiyi futbol üzrə klublararası dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, son oyun günündə 1/4 finala vəsiqə qazanan daha iki kollektivin adına aydınlıq gətirilib.
Bununla da yarımfinal yolunda bütün cütlər müəyyənləşib.
Tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən mundialda 1/4 final iyulun 4-də start götürəcək.
DÇ iyulun 13-də başa çatdırılacaq.
Klublarası dünya çempionatı. 1/4 final
4 iyul
23:00 "Fluminense" (Braziliya) - "Əl Hilal" (Səudiyyə Ərəbistanı)
5 iyul
05:00 "Palmeyras" (Braziliya) - "Çelsi" (İngiltərə)
20:00 PSJ (Fransa) - "Bayern" (Almaniya)
6 iyul
00:00 "Real" M. (İspaniya) - "Borussiya" D. (Almaniya)