Braziliya milli komandası DÇ-də mübarizəni erkən dayandırdı

Braziliya milli komandası DÇ-də mübarizəni erkən dayandırdı

Futbol üzrə 23-cü dünya çempionatında 1/8 finalın növbəti matçı baş tutub.

"Mediasport" xəbər verir ki, iddialılardan Norveç yığması favoritlərdən Braziliya millisi ilə üz-üzə gəlib.

Beşqat dünya çempionları üzərində inamlı qələbə qazanan "vikinqlər" adlarını 1/4 finala yazdırıblar - 2:1.

Adalıların hər iki qolunu bombardirlər yarışına şərik olan Erlinq Haaland vurub.

Xatırladaq ki, daha əvvəl Fransa və Mərakeş seçmələri Dünya Kubokunda 1/4 finala vəsiqə əldə ediblər.

Mundial iyulun 19-dək davam edəcək.