Argentina sürprizə icazə vermədi

Argentina sürprizə icazə vermədi

Futbol üzrə 23-cü dünya çempionatında daha bir milli komanda 1/8 finala yüksəlib.

"Mediasport" xəbər verir ki, son dünya çempionu Argentina yığması Kabo Verde millisini çətinliklə məğlub edərək adını növbəti raunda yazdırıb (3:2).

Xatırladaq ki, daha əvvəl yarışda İspaniya, Meksika, Norveç, Kanada, Braziliya, Paraqvay, Mərakeş, Fransa, İngiltərə, Belçika, ABŞ, Portuqaliya, Misir milliləri 1/8 finala adlayıblar.

Dünya Kuboku iyulun 19-dək davam edəcək.