Əmirquliyev yenidən "Səbail"də
1-ci Liqada yeni mövsümə hazırlaşan “Səbail” Rahid Əmirquliyevi transfer edib.
"Mediasport" xəbər verir ki, tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, komandanın sabiq kapitanı 2018–2023-cü illərdə “Səbail”in heyətində 120 rəsmi oyun keçirib.
Karyerası ərzində Azərbaycan çempionatları tarixində 451 matçda meydana çıcmış təcrübəli yarımmüdafiəçi "Səbail" ilə Premyer Liqada 100 oyun həddinə çatmış ilk futbolçu olub.


