AFFA rəsmisi dünya çempionatının pley-off oyununa təyinat aldı

 AFFA rəsmisi dünya çempionatının pley-off oyununa təyinat aldı

AFFA-nın Sosial ətraf mühit dayanıqlılığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, qurum rəsmisi qadınlar arasında dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində iş başında olacaq.

O, Albaniya və Uels yığmaları arasında keçiriləcək ilk oyunda UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Görüş oktyabrın 9-da Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda keçiriləcək.