"Turan Tovuz" APL-də yeni mövsümə qələbə ilə başladı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümü start götürüb.
"Mediasport" xəbər verir ki, 1-ci turun ilk günündə 1 görüş keçirilib.
Tur ümumilikdə 4 oyun gününü əhatə edəcək.
Azərbaycan Premyer Liqası. 1-ci tur
"Turan Tovuz" – "Qəbələ" 1:0
Qol: Enrike Silva, 35.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

