"Neftçi" FİFA-nın qoyduğu transfer qadağasını 3-4 günə həll edəcək
FİFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası yaxın günlərdə aradan qaldırılacaq.
Bu barədə "Mediasport"a paytaxt klubundan mıəlumat verilib.
Qeyd edilib ki, transfer ödənişlərində gecikmə olanda dünya futbol təşkilatının müvafiq portalı avtomatik olaraq klubları "qırmızı siyahı"ya salır.
"Qırmızı siyahı" avtomatik transfer qadağası deməkdir.
"Neftçi"dən bildirilib ki, bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliyin həll olunmasıdır.
"Neftçi"də hazırda belə bir maliyyə problemi və öhdəliyi olmadığı üçün yaranmış vəziyyət qarşıdakı günlərdə həllini tapacaq.
