Mozambik millisinin futbolçusu Azərbaycan klubunda - RƏSMİ

Mozambik millisinin futbolçusu Azərbaycan klubunda - RƏSMİ

“Zirə” yeni futbolçu ilə anlaşıb.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi qıss adı Quyma olan Rikardo Martins Gimaraynşı transfer edib.

Mozambikli yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

30 yaşlı futbolçu Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Şaviş", Polşanın LKS və son olaraq Türkiyənin "İğdırspor" klublarında forma geyinib.

Quyma 2023-cü ildən dəvət aldığı Mozambik yığmasının heyətində 15 oyun keçirib, 2 qol vurub.