"Qarabağ"ın haqqını vermək lazımdır" - Kurban Berdıyev

"Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq".
"Mediasport" xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Rusiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının 8-ci turunun "Qarabağ"la görüşü haqda danışıb, 1:2 hesablı məğlubiyyəti şərh edib:
"Qarabağ" kimi komandaya qarşı oynamaq çətindir. Komandamızda fiziki baxımdan eniş yox idi. Əvəzetmələr "Qarabağ"ın oyununu çox gücləndirdi.
İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma "Qarabağ"ın haqqını vermək lazımdır. Yaxşı oynadılar. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram".
Xatırladaq ki, "Qarabağ" qələbədən liderliyi "Turan Tovuz"dan alıb.