Yığma komandamızın futbolçusu Qırğızıstan klubunda oynayacaq
Karyerasını Qırğızıstanda davam etdirən azərbaycanlı futbolçuların sayı 5-ə yüksəlib.
"Mediasport" xəbər verir ki, Camal Cəfərov bu ölkənin "Alay" klubu ilə anlaşıb.
24 yaşlı hücumameyilli yarımmüdafiəçinin sonuncu iş yeri "Kəpəz" olub.
U-21 millimizin üzvü 2025/2026 mövsümündə "sarı-göylər"in heyətində ümumilikdə 13 oyun keçirib.
Camal karyerası ərzində "Sabah"da da forma geyinib.
Xatırladaq ki, Orxan Əliyev, Ramin Əhmədov, İldar Ələkbərov və Səbayıl Bağırov da Qırğızıstanda oynayır.
View this post on Instagram


