Bundesliqa təmsilçisindən Mahir Emreliyə xüsusi hədiyyə - FOTO

Almaniya 2-ci Bundesliqasında "Nürnberq"in formasını geyinən Mahir Emreli təşəkkürnamə alıb.
"Mediasport" xəbər verir ki, komandası 28 yaşlı hücumçuya 33-cü turun “Köln”lə oyunundan əvvəl xüsusi mükafat hədiyyə edib.
Klub mövsümün sonunda vidalaşacağı forvarda şəkli üzərində "Təşəkkürlər, Mahir" yazılmış xatirə hədiyyəsi verib.
Mahir bu matçda bir hissə meydanda olub, komandası 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, millimizin üzvü 2-ci Bundesliqada 23 oyunda 7 qolla yadda qalıb.