"Futbolda hər şey mümkündür" - Abbasov Fransa ilə matç haqda

"Futbolda hər şey mümkündür" - Abbasov Fransa ilə matç haqda

"Futbolda hər şey mümkündür. Oyunçularımdan istəyim odur ki, nə olur-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis DÇ-2026-nın seçmə qrup mərhələsi çərçivəsində sabah qarşılaşacaqları Fransa yığması ilə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz son illərin ən güclü komandalarından biridir. Fransa yığmasında ulduz futbolçular çıxış edir. Amma biz də görüşə ciddi hazırlaşmışıq".

O, komandamızın sabah var gücü ilə mübarizə aparacağını bildirib:

"Futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Rəqibin sabah azarkeş dəstəyi də olacaq. Belə böyük komandalara qarşı oynamaq özü böyük motivasiyadır. İlk gündən futbolçularımızın məşqə həvəslə yanaşması yaxşı haldır.

Gələcəkdə nələrsə qazanmaq üçün uşaqlar bu cür matçlarda özlərini göstərməlidirlər.  Belə böyük oyunlar biz məşqçilər üçün də gözəl şansdır. Məşqçi heyəti olaraq futbolçularımızı oyuna yaxşı hazırlamaq üçün əlimizdən gələni etdik”.

Xatırladaq ki, Fransa - Azərbaycan görüşü sabah Bakı vaxtilə saat 22:45-də "Park de Prens" stadionunda start götürəcək.