Mahir Emreli oynadı, komandası Konfrans Liqasında mərhələ keçdi
Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu UEFA Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yüksəlib.
"Mediasport" xəbər verir ki, hücumçunun formasını geyindiyi kollektiv "Valletta"nı Maltada baş tutan cavab oyununda da məğlub edib - 4:0.
Forvard meydana 67-ci dəqiqədə - hesab 3:0 olarkən daxil olub.
Xatırladaq ki, polyaklar ilk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gəlmişdi.
"Rakuv" 3-cü raundda İsveçin "Hammarbü" klubu ilə üz-üzə gələcək.


