Murad Avroliqada "Zalsburq"un qapısına möhtəşəm qol vurdu
U-21 Azərbaycan milli komandasının futbolçusu Murad Məmmədov formasını geyindiyi Kiprin “Pafos” klubunun heyətində qol hesabını açıb.
"Mediasport" xəbər verir ki, vinger UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Zalsburq"la (Avstriya) cavab qarşılaşmasında baxımlı qolla yadda qalıb.
O, 3:3 hesabı ilə yekunlaşan matçda komandasını məğlubiyyətdən xilas etsə də, ilk dueldə uduzmuş kiprlilər turnirdə mübarizəni dayandırıblar.
"Pafos" çıxışını UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.


