"Çempionlar Liqasında zəif rəqib yoxdur" - "Sabah"ın baş məşqçisi

 "Çempionlar Liqasında zəif rəqib yoxdur" - "Sabah"ın baş məşqçisi

“Püşkatma ilə bağlı hər hansı illüziyalar qurmurduq. Püşkatmadan öncə rəqibləri güclü və zəiflərə bölmürdük. Çempionlar Liqasında zəif rəqib yoxdur".

"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis Çempionlar Liqasının püşkatmasını dəyərləndirib:

“B” qrupunda yer alan rəqiblərimizdən “Alba Berlin” 24 illik fasilədən sonra yenidən FİBA bayrağı altında çıxış edəcək. Bu komanda uzun illər boyunca Avroliqanın daimi sakini olub. Səviyyəsi bəllidir. Məncə, turniri qazanmağa favorit komandalardan biridir.

“Nimburk”a gəlincə bu komanda daha öncə FİBA Avropa Kubokunda “Sabah”ın rəqibi olub. İntizamlı, heyəti keyfiyyətli basketbolçulardan ibarət komandadır. Ötən mövsüm çempionlar liqasında 1/4 finala kimi irəliləyiblər.

Təsnifat mərhələsində yer alan potensial rəqiblərimiz arasında da yaxşı komandalar var. Mən Fransa təmsilçisi “Elan Şalon”da oyunçu kimi çıxış etmişəm.

Bir sözlə, çempionlar liqasında zəif rəqib yoxdur. Bizim rəqabətə davamlı heyətimiz formalaşır. Bu komandalarla mübarizə apara bilərik”.