“Sea Breeze”də Dünya Qadın Seriyasında 16 komanda yarışacaq
Avqustun 15-16-da “Sea Breeze” istirahət mərkəzində 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının (FIBA 3×3 World Women’s Series) növbəti mərhələsinin oyunları keçiriləcək.
"Mediasport" xəbər verir ki, bu mərhələdə ümumilikdə 16 milli və klub komandası iştirak edəcək:
Azərbaycan, “Neftçi SOCAR”, Niderland, Almaniya, Avstriya, “Madrid” (İspaniya), Latviya, “Yanjinq” (Çin), Çexiya, “Varşava” (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, “Arrasate Ointxe” (İspaniya).
Turnirdə ilk günün görüşləri 15 avqustda baş tutacaq və matçlar təsnifat mərhələsi ilə start götürəcək.
Əsas mərhələnin C qrupuna vəsiqə qazanmaq üçün mübarizə aparacaq milli komandamız təsnifat oyunlarına qatılacaq.
Millimiz turnirin açılış matçında Ukrayna yığması ilə üz-üzə gələcək, ardından Misir yığmasına qarşı qüvvəsini sınayacaq.
Günün ikinci yarısında isə əsas qrup oyunlarının həyəcanı başlayacaq.
B qrupunda yer alan “Neftçi SOCAR” ilk matçına saat 15:50-də İspaniyanın “Arrasate Ointxe” klubuna qarşı çıxacaq.
Təmsilçimiz qrupdakı digər görüşünü saat 17:40-da Çinin “Yanjinq” komandasına qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Avqustun 16-da 1/4 final oyunları ilə yanaşı, yarımfinal və final görüşləri də baş tutacaq.


