Azərbaycan komandasından dünya çempionatında gümüş medal

 Azərbaycan komandasından dünya çempionatında gümüş medal

Azərbaycanın aerobika gimnastikası üzrə idmançıları İspaniyanın Pamplona şəhərində dünya çempionatında uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, qarışıq cütlük proqramında Mədinə Mustafayeva və Vladimir Dolmatovgümüş medal qazanıb.

Komandamız final mərhələsində 19,600 xal toplayaraq yalnız çempiondan 0,1 xal geri qalıb.

Xatırladaq ki, Avropa çempionlarımız 2024-cü ildə də analoji yarışda eyni nəticəni göstərib.