Elcan Hacıyev ardıcıl ikinci Universiada medalını əldə etdi

Azərbaycan cüdoçusu Elcan Hacıyev Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada fəxri kürsüyə qalxıb.
"Mediasport" xəbər verir ki, bu, 90 kq çəki dərəcəsində yarışan idmançımız yalnız finalda uduzaraq gümüş medal qazanıb.
Bu, Elcanın ardıcıl ikinci Universiada medalı olub.
Avropa çempionumuz 2023-cü ildə Çinin Çenqdu şəhərində təşkil edilmiş analoji turnirin komanda yarışında bürünc mükafat əldə etmişdi.
Qeyd edək ki, bununla da Azərbaycanın Universiadada qazandığı medalların sayı dördə çatıb. Daha əvvəl bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafata yiələniblər.