"Bəzən etdiyim səhvlərə görə uduzuram" - Dünya üçüncüsü

"Bəzən etdiyim səhvlərə görə uduzuram" - Dünya üçüncüsü

"Çox gözəl təəssüratlarım var. Həm hazırlıq, həm çəki salmaq, həm də çəki saldıqdan sonra bərpa olunmaq mərhələsini bacardığım qədər düzgün yerinə yetirdiyimi düşünürəm".

"Mediasport" xəbər verir ki, bunu Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev deyib.

73 kq çəki dərəcəsində fəxri kürsüyə qalxan millimizin üzvü təəssüratlarını bölüşüb:

"Müəllimlərimin, eləcə də komandadakı təcrübəli yoldaşlarımın məsləhətlərinə qulaq asırdım. Nəticə də göz qabağındadır.

Fikirləşirəm ki, səhvlərimin üzərində işləməliyəm. Özümə daha çox güvənməliyəm. Çünki güc cəhətdən heç kimdən geri qalmıram.

Sadəcə, bəzən etdiyim səhvlərə görə uduzuram. Çalışacağam ki, həmin səhvləri düzəldim”.