Azərbaycan millisi dünya çempionatında rekorda imza atdı

Azərbaycan millisi dünya çempionatında rekorda imza atdı

Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında fərdi mübarizəni yeddi medalla başa vurublar.

"Mediasport" xəbər verir ki, mükafatlardan biri qızıl, ikisi gümüş, dördü isə bürünc əyarlı olub.

Əhməd Yusifov (60 kq) dünya çempionu adını qazanıb, Zelim Tçkayev (81 kq) və Uşangi Kokauri (100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc mükafat əldə ediblər.

Bu, Azərbaycan millisinin DÇ-lərdə rekord göstəricisidir. Komandamız indiyədək dünya çempionatlarında 7 medal qazana bilməmişdi.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial sabah qarışıq komanda yarışı ilə yekunlaşacaq.