Nicatın imza mərasimi keçirildi

 Nicatın imza mərasimi keçirildi

“28 Mall” Ticarət Mərkəzində Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunan fan zona çərçivəsində cüdo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Nicat Şıxəlizadənin imza mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, tanınmış idmançı azarkeşlərlə görüşüb, onlara avtoqraf verib və xatirə fotoları çəkdirib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı 4–11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.