Daha bir cüdoçumuz "Böyük Dəbilqə"də qızıl medal qazandı
Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinin qalibi olub.
"Mediasport" xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan Ömər Rəcəbli qızıl medal qazanıb.
O, finalda rusiyalı Abdul-Kerim Tasuyevi məğlub edib.
Bu gün tatamiyə çıxan Kamran Süleymanov (73 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) isə ümidləri doğrultmayıblar.
Xatırladaq ki, turnirdə daha əvvəl təmsilçilərimizdən Əhməd Yusifov qızıl, Balabəy Ağayev (hər ikisi 60 kq) gümüş medal əldə edib.
Yarış sabah yekunlaşacaq.
