"Bakının mundiala yüksək səviyyədə ev sahibliyi edəcəyinə inanıram"

“Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Onlar bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər həyata keçiriblər. Ümumilikdə, Azərbaycan minifutbolun inkişaf etdiyi ölkədir”.
"Mediasport" xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda deyib.
Qurum rəhbəri dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlama verib:
"İnanıram ki, Bakı mundiala yüksək səviyyədə ev sahibliyi edəcək".
Qeyd edək ki, DÇ mayın 21-dən iyunun 1-dək keçiriləcək.