Azərbaycan millisi Bakıdakı dünya çempionatında finala çıxdı!

Minifutbol üzrə Azərbaycan milli komandası Bakıda ilk dəfə keçirilən dünya çempionatında finala çıxıb.
"Mediasport" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv yarımfinalda Monteneqrodan güclü olub.
Matç komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin qollarını Ağaseyid Qasımov (23) və Ramiz Çovdarov (44) vurublar.
İyunun 1-də keçiriləcək finalda rəqibimiz Macarıstan - Serbiya cütünün qalibi ilə olacaq.