Hindistan milli komandası Bakıda qapısından 15 cavabsız top buraxdı

 Hindistan milli komandası Bakıda qapısından 15 cavabsız top buraxdı

Bakıda start götürən minifutbol üzrə dünya çempionatında ilk günün beş oyunu baş tutub.

"Mediasport" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialda bu gün üçün 8 qarşılaşma nəzərdə tutulub.

Görüşlərdən birində böyükhesablı nəticə qeydə alınıb. Slovakiya yığması D qrupunda Hindistanın qapısından 15 cavabsız top keçirib.

Qeyd edək ki, axşam saatlarında meydana çıxacaq Azərbaycan komandasının rəqibi Bəhreyn olacaq.

Mundiala iyunun 1-də yekun vurulacaq.


Dünya çempionatı. Qrup mərhələsi. 1-ci tur


A qrupu

20:30 Azərbaycan - Bəhreyn

23:00 Mavritaniya - Sloveniya


B qrupu

09:15 Fransa - Çad 1:0

21:45 Rumıniya - Özbəkistan


C qrupu

10:30 Macarıstan - Türkiyə 1:1

13:00 Ukrayna - İngiltərə 0:4


D qrupu

11:45 Bolqarıstan Portuqaliya 1:3

14:15 Slovakiya - Hindistan 15:0