Dünya çempionatı: Azərbaycan yığması 1/8 finala lider çıxdı

 Dünya çempionatı: Azərbaycan yığması 1/8 finala lider çıxdı

Bakıda ilk dəfə keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 5-ci oyun günündə 3-cü tur start götürüb.

A qrupunda yer alan Azərbaycan millisi qrupda son matçını keçirib.

Bəhreynlə heç-heçə edib Sloveniyaya qalib gələn Elşad Quliyevin komandası Mavritaniya futbolçuları ilə qarşılaşıb.

Yığmamız 2:0 hesablı qələbə ilə xallarının sayını 7-yə çatdıraraq 1/8 finala qrup lideri kimi çıxıb.

Mundiala iyunun 1-də yekun vurulacaq.