"Karvan-Yevlax" "Sumqayıt"ın hücumçusunu transfer etdi

Premyer Liqaya hazırlaşan "Karvan-Yevlax" növbəti transferini həyata keçirib.
"Mediasport" xəbər verir ki, aran təmsilçisi Uğur Cahangirovu transfer edib.
Hücumçu ilə 1 illik müqavilə imzalanıb.
24 yaşlı forvard son mövsümü “Sumqayıt”da keçirib.