"Araz-Naxçıvan" braziliyalı futbolçu ilə 1 mövsümlük müqavilə bağladı

"Araz-Naxçıvan" müdafiəçisi İqor Ribeyro ilə yeni müqavilə bağlayıb.
"Mediasport" xəbər verir ki, məşqçilər korpusunun etimadını qazanan braziliyalı mərkəz müdafiəçisi 2025/2026-ci il mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.
Qeyd edək ki, "sambaçı" 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.