"Şəfa"ya 5 yeni məşqçi gətirildi
Azərbaycan Premyer Liqasına hazırlaşan "Şəfa"da yeni təyinatlar olub.
Klubdan "Mediasport"a verilən məlumata görə, baş məşqçi Zaur Həşimova 5 köməkçi məşqçi gətirilib.
Hacı Əhmədov, Rauf Əliyev, Cəmil Hacıyev, Zaur Əliyev və Eyyub Əliyev bundan sonra paytaxt klubunda çalışacaqlar.


