"Zirə" və "Araz-Naxçıvan" yeni mövsümə bərabərliklə başladılar

"Zirə" və "Araz-Naxçıvan" yeni mövsümə bərabərliklə başladılar

Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər futbol mövsümünün birinci turuna yekun vurulub..

"Mediasport" xəbər verir ki, son oyun günündə "Zirə" doğma azarkeşlər önündə "Araz-Naxçıvan"ı qəbul edib.

Görüşdə qalib müəyyənləşməyib.

Turun digər görüşlərində "Karvan-Yevlax" - "Qəbələ" (1:1) və "Neftçi" - "Şamaxı" (1:1) duelləri heç-heçə yekunlaşıb.

"Turan Tovuz" "İmişli"ni (1:0), "Sumqayıt" isə "Kəpəz"i (3:0) məğlub edib.

Xatırladaq ki, "Sabah" - "Qarabağ" görüşü ikincilərin avrokubok matçı ilə əlaqədar beynəlxalq oyun qaydalarına əsasən təxirə salınıb.

Azərbaycan Premyer Liqası. 1-ci tur

"Zirə" - "Araz-Naxçıvan" 1:1

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Zirə İdman Kompleksinin stadionu.