"Karvan-Yevlax"dan daha 2 transfer
Yeni mövsüm 1-ci Liqada yarışacaq "Karvan-Yevlax" heyətini daha iki futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, aran klubu Rəhim Osman və Turan Vəlizadə ilə anlaşıb.
Osman son mövsümü “Mingəçevir”də keçirib, Vəlizadə isə “Səbail”in formasını geyinib.
Hər iki futbolçu ilə 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.


