Azərbaycan 1-ci Liqasında yanvar ayının ən yaxşı qolunu seçdilər

Azərbaycan 1-ci Liqasında yanvar ayının ən yaxşı qolunu seçdilər

Peşəkar Futbol Liqasının (PFL) Azərbaycan çempionatlarında həyata keçirdiyi "Ayın qolu" layihəsinin 1-ci Liqada yanvar ayı üzrə qalibi məlum olub.

Mediasport.com.az xəbər verir ki, "Karvan"ın futbolçusu Emil Qasımov bütün rəqiblərini qabaqlayıb.

25 yaşlı yarımmüdafiəçinin 12-ci turda "Difai"nin qapısına vurduğu qol AFFA-da yaradılmış münsiflər heyəti üzvlərinin səs çoxluğu ilə ən yaxşı seçilib.