"Şimal" 2026/2027 mövsümündə də 1-ci Liqada mübarizə aparacaq
Azərbaycan 1-ci Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirilib.
"Mediasport" xəbər verir ki, 1-ci Liqanı 9-cu sırada bitirən "Şimal" 2-ci Liqanı gümüş medallarla başa vuran "Qaradağ Lökbatan"ı məğlub edib (2:1).
Nəticədə, "Şimal" 2026/2027 mövsümündə də 1-ci Liqada mübarizə aparacaq.
Azərbaycan 1-ci Liqası. Pley-off oyunu
27 may
"Şimal" - "Qaradağ Lökbatan" 2:1
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Şamaxı şəhər stadionu.


