"Çelsi" UEFA Avropa Konfrans Liqasının qalibi oldu - YENİLƏNDİ

"Çelsi" UEFA Avropa Konfrans Liqasının qalibi oldu - YENİLƏNDİ

UEFA Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün final oyunu keçirilib.

"Mediasport" xəbər verir ki, "köhnə qitə"nin səviyyəcə 3-cü klub yarışı sayılan turnirin həlledici qarşılaşması Polşada oynanılıb.

İngiltərənin "Çelsi" komandası finalda İspaniyanın "Betis" kollektivi üzərində əzmkar qələbə qazanaraq Avropada bütün turnirlərdə mümkün titulların hamısını əldə etmiş ilk klub ünvanına sahib çıxıb.


UEFA Avropa Konfrans Liqası. Final


"Betis" (İspaniya) - "Çelsi" (İngiltərə) 1:4

Qol: Abde Ezzalzuli, 9 - Enso Fernandes, 65, Nikolas Cekson, 70, Ceydon Sanço, 83, Moyzes Kaysedo, 90+2.

Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)

Polşa, Vroxlav stadionu.