Arda Turanın komandası finala çıxa bilmədi - Avropa Konfrans Liqası
UEFA Avropa Konfrans Liqasında da finalçıların adları məlum olub.
"Mediasport" xəbər verir ki, yarımfinal mərhələsinin hər iki cavab oyunu eyni saatda başlanıb.
Türkiyəli Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" "Kristal Pelas"a İngiltərədə də uduzaraq mübarizəni dayandırıb.
"Rayo Valyekano" isə Fransada "Strasburq"dan üstün olub.
Turnirin finalı mayın 27-də Almaniyanın Leypsiq şəhərində baş tutacaq.
UEFA Avropa Konfrans Liqası. Yarımfinal mərhələsi. Cavab oyunları
"Kristal Pelas" (İngiltərə) - "Şaxtyor" (Ukrayna) 2:1 ilk oyun - 3:1
"Strasburq" (Fransa) - "Rayo Valyekano" (İspaniya) 0:1 ilk oyun - 0:1
