Konfrans Liqasında "Neftçi"nin rəqibi müəyyənləşir - YENİLƏNİR
Bu gün UEFA Avropa Konfrans Liqasında 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
"Mediasport" xəbər verir ki, yarışda Azərbaycanı təmsil edəcək "Neftçi"nin də rəqibi məlum olacaq.
1-ci təsnifat mərhələsində "Torpedo" (Gürcüstan) ilə qarşılaşacaq "Zirə"nin də növbəti raundda potensial rəqibi müəyyənləşəcək.
Həmçinin, Avropa Liqasının ilk raundunun "Qarabağ" - "Vestri" cütünün məğlubunun hansı komanda ilə üz-üzə gələcəyi bilinəcək.
"Neftçi"nin mümkün rəqibləri “Ludoqorets” (Bolqarıstan), “Rakuv” (Polşa), “Apollon Limassol” (Kipr), “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) və “Dinamo Siti” (Albaniya) – “Astana” (Qazaxıstan) cütünün qalibindən biri olacaq.
Ümumilikdə 2-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində "Braqa" (Portuqaliya), "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Gent" (Belçika), "Rapid" (Avstriya), "Panatinaikos" (Yunanıstan), "Ludoqorets" (Bolqarıstan), FKSB (Rumıniya), "Rakuv" (Polşa), "Partizan" (Serbiya), "Luqano" (İsveçrə), AEK (Kipr), "Başakşəhər" (Türkiyə), "Riyeka" (Xorvatiya), ÇFR (Rumıniya), "Helsinki" (Finlandiya), "Zrinski" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Slovakiya), "Hradets" (Çexiya), "Austriya" (Avstriya), "Katovitse" (Polşa), "Vaduts" (Lixtenşteyn), "Norşelland" (Danimarka), "Tobol" (Qazaxıstan), "Apollon" (Kipr), "Hibernian" (Şotlandiya), "B36 Torshavn" (Farer adaları) və "Syon" (İsveçrə) klubları yer alıblar.
13 komandanın adı isə birinci mərhələnin nəticələrindən sonra bəlli olacaq.
Xatırladaq ki, UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da baş tutacaq.


