Bütün respublika ərazisində çempionat oyunları təxirə salındı

AFFA fevralın 22-23-də aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək oyunları təxirə salıb.
"Mediasport" xəbər verir ki, buna ölkə ərazisində davam edən soyuq hava şəraiti səbəb olub.
Bütün respublika üzrə planlaşdırılan U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının matçları göstərilən tarixlərdə keçirilməyəək.