"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İLHAM ƏLİYEV

"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İLHAM ƏLİYEV

Azərbaycan prezidenti İlham Əliyev UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atan "Qarabağ" Futbol Klubunu təbrik edib.

"Mediasport" xəbər verir ki, dövlət başçısı sosial şəbəkə hesablarnda böyük qələbə münasibətilə post paylaşıb:

"Qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir.

Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.

Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm.

Xatırladaq ki, "Qarabağ" Portuqaliya səfərində "Benfika" üzərində 3:2 hesablı qələbə qazanıb.