Koxalskidən ŞOK açıqlama: "Təklifi qəbul etdim, "Qarabağ" buraxmadı"

Koxalskidən ŞOK açıqlama: "Təklifi qəbul etdim, "Qarabağ" buraxmadı"

“Mən Vidzev”in təklifini qəbul etmişdim. Lakin klub rəhbərliyi razı olmadığı üçün heç nə alınmadı. "Qarabağ" üçün o qədər vacib oyunçuyam ki, komandam “Vidzev”in təklifini rədd etdi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında maraqlı məqamlara toxunub. 26 yaşlı Mateuş "Vidzev"in təklifini nəyə görə qəbul etdiyini ailəsi ilə əlaqələndirib:

"Təklifim var idi və mən qarşı tərəfə "hə" demişdim. Futbol mənim üçün çox vacibdir. Amma ailəm və sevdiklərim həmişə mənim üçün prioritet olub və olacaq.

Nişanlım indi daha tez-tez yanımda olur, Polşaya qayıdanda isə hər şeyin öhdəsindən təkbaşına gəlmək məcburiyyətində qalıram. Bu mənə çətindir.

Ümid edirəm ki, insanlar bunu başa düşərlər. Mən ailə adamıyam və bu cür ayrılıq psixoloji cəhətdən pis təsir edir".

Koxalski qeyd edib ki, özünü "Qarabağ"da inkişaf etdirib. O, Ağdam təmsilçisi ilə yaxşı nəticələr əldə etdiyini vurğulayıb:

"Çempionlar Liqasında oynayıram, gözəl hissdir. "Qarabağ" və Azərbaycan uğur qazanmaq üçün mükəmməl yerdir.

Amma heç kimin bilmədiyi bir şey var: Məşqdən və ya oyundan sonra evə qayıdanda tək qalıram, sevdiklərimdən uzaqdayam".

Xatırladaq ki, 2024-cü ilin yayından "atlılar"ın formasını geyinən polşalının Azərbaycan çempionu ilə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.