"Araz-Naxçıvan" 7 qol vurdu
Hazırlıq prosesini davam etdirən "Araz-Naxçıvan" ilk yoxlama oyununu keçirib.
"Mediasport" xəbər verir ki, Naxçıvan təmsilçisinin əsas komandası əvəzedici heyətlə qarşılaşıb.
Görüş Premyer Liqa klubunun 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Ba-Muaka Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen vurublar.
