Azərbaycan millisi Bakıdakı DÇ-də Vyetnam yığmasına uduzdu

Azərbaycan millisi Bakıdakı DÇ-də Vyetnam yığmasına uduzdu

Futbol üzrə U-15 Azərbaycan millisi bu gün Bakıda təşkil olunan Dünya Kuboku və Festivalında növbəti oyununa keçirib.

"Mediasport" xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu kollektiv Vyetnam yığması ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 2:4.

matçının qalibi ilə üz-üzə gələcək. Məğlub tərəfin rəqibi eyni dueldə uduzan komanda olacaq.

Xatırladaq ki, futbolçularımız daha əvvəl Timor-Lesteyə 6:0, Andorraya 1:0, İsrailə 3:1, Cəbəllütariqə 5:1 və Mozambikə 4:1 hesabları ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə 0:4, Çiliyə isə 1:3 hesabları ilə uduzub.

DÇ-də dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər.

Turnir sabah yekunlaşacaq.