Premyer Liqa klubunda 2 müqavilə
"Araz-Naxçıvan" daha 2 futbolçu ilə yeni müqavilə imzalayıb.
"Mediasport" xəbər verir ki, Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də Muxtar Respublika təmsilçisinin formasını geyinəcək.
Hər iki futbolçu ilə anlaşmanın müddəti 1 ildir.
Xatırladaq ki, buna qədər qapıçı Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.



