"Turan Tovuz"da Kurban Berdıyevlə müqavilənin müddəti uzadıldı

"Turan Tovuz"da Kurban Berdıyevlə müqavilənin müddəti uzadıldı

9 turdan sonra Azərbaycan Premyer Liqasında lider olan "Turan Tovuz”da baş məşqçi Kurban Berdiyevlə bağlı yeni qərar qüvvəyə minib.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi türkmənistanlı mütəxəssislə anlaşmanın müddətini uzadıb.

Müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, tovuzlulara 2024-cü ilin yayından rəhbərlik edən 72 yaşlı çalışdırıcı ilə ötən yay 2+1 illik sözləşmə imzalanmışdı.